"Sərhədçi PİK"dən əzmkar qələbə -Basketbol Liqası
Azərbaycan Basketbol Liqasında 8-ci tura start verildi.
Sportfm.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzinin idman zalında, Azərbaycan Basketbol Liqasında (ABL) iki qarşılaşma ilə 8 -ci tura start verildi. Turun açılış oyununda "NTD BK" və "Sərhədçi PİK" komandaları üz-üzə gəldilər. Son topa qədər davam edən gərgin oyundan yekunda "Sərhədçi PİK" komandası 92-93 hesablı qələbəyə sevindi. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Londell Kinq - 35 xal, 13 ribaund ), "Sərhədçi PİK" ( Maykl Diqqins - 27 xal, 11 ribaund ). Günün ikinci oyununda paytaxt klubu "Neftçi İK", "AAAF Xırdalan BK" basketbolçuları ilə qarşılaşdı. Oyuna sürətli başlayan Xırdalanlılar sonda rəqibi üzərində 68-83 hesablı qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "Neftçi İK" ( Denis Cons - 20 xal, 4 ribaund ), "AAAF Xırdalan BK" ( Devin Pullum - 24 xal, 9 asist ) Qeyd edək ki, turun növbəti oyunları ( "Zirvə Astara BK" - "Sabah BK", "Olimpik Şəki BK" - "Gəncə BK") 3 və 4 dekabr tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
Çempionatın liderini büdrətdilər - Ölkə çempionatı
Gəncəlilərdən geri dönüş - Basketbol Liqası
"Sərhədçi PİK" turun açılış matçında qalib gəldi - Basketbol Liqası
3 xal fərqiylə qazanılan qələbə - Azərbaycan Basketbol Liqası
“Sərhədçi” 5-ci turda yenildi - Basketbol Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" 9-1 "Şəmkir" - VİDEO
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası