reklam
3 xal fərqiylə qazanılan qələbə -
Sportfm.az xəbər saytı

3 xal fərqiylə qazanılan qələbə -Azərbaycan Basketbol Liqası


Azərbaycan Basketbol Liqasında 12-ci tura start verilib.

Sportfm.az xəbər verir ki, açılış oyununda “AAAF Xırdalan” və “Sərhədçi” komandaları qarşılaşıblar.

“Sərhədçi” İdman Mərkəzində keçirilən matçda qalib əlavə vaxtda müəyyənləşib. “Sərhədçi” basketbolçuları parketdən 78:75 hesablı qələbə ilə ayrılaraq, 20 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəliblər. 19 xalı olan “AAAF Xırdalan” isə 5-cidir.

Ən məhsuldar basketbolçular “AAAF Xırdalan”dan Endryu Korum (21 xal, 21 ribaund), “Sərhədçi”dən isə Brendon Miller (23 xal, 7 ribaund) olublar.

“Sabah” – NTD, “Neftçi İK” – “Gəncə” və “Zirvə Astara” – “Olimpik Şəki” oyunları 7-8 yanvarda keçiriləcək.

Oxşar xəbərlər

Çempionatın liderini büdrətdilər - Ölkə çempionatı
Gəncəlilərdən geri dönüş - Basketbol Liqası
Xırdalan təmsilçisi qalib gəldi - Basketbol Liqası
“Sərhədçi” rəqibinə qalib gəldi
“Sərhədçi” 5-ci turda yenildi - Basketbol Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər