Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah"ın legioneri üçün əlamətdar matç
“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatında 30-cu qolunu vurub.
Sportfm.az xəbər verir ki, gürcüstanlı legionerin yubileyi Misli Premyer Liqasının XII turuna təsadüf edib.
Davit “Qəbələ” ilə ev görüşündə komandasının qələbə topunu vurub – 2:1. Premyer Liqada 2019-cu ildə debüt edən hücumçu üç klubun heyətində fərqlənib. O, “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 3 qola imza atıb.
Qeyd edək ki, Davitin ilk topu 2019-cu il aprelin 14-də “Keşlə” – “Qəbələ” matçına (1:2) təsadüf edib.
Oxşar xəbərlər
Ülvi İsgəndərov üçün əlamətdar tur - 100-cü oyun
“Sabah”ın legioneri 100-ə çatdı
Volkov Azərbaycan çempionatında 100-cü oyununa çıxdı
"Qəbələ"dən 750-ci qol
Qadze 15-ci qolunu vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası