reklam
Ronaldo və Messi üz-üzə -
Sportfm.az xəbər saytı

Ronaldo və Messi üz-üzə -Matç baş tutacaqmı?


Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nasr” komandasına qatıldıqdan sonra ilk matçda lideri argentinalı hücumçu Lionel Messi olan Fransanın "Paris Sen-Jermen” komandasına qarşı oynaya bilər. 
Sportfm.az xəbər verir ki, bunu Yaxın Şərq klubunun baş məşqçisi Rudi Qarsiya deyib. 
Görüş PSJ-nin Qətər və Səudiyyə Ərəbistanı turu çərçivəsində baş tutacaq.
Yanvarın 19-da PSJ-nin Səudiyyə Ərəbistanının "Əl-Nəsr” və "Əl-Hilal” komandalarının ən yaxşı oyunçularından ibarət komandasına qarşı oynaması planlaşdırılır.
Qarsiyaya görə, bu, 37 yaşlı Ronaldonun "Əl Nəsr"lə rəsmi debütü olmayacaq. Ronaldonun yeni klubunda rəsmi debütü Səudiyyə Ərəbistanı çempionatında yanvarın 22-də "Ettifak”a qarşı keçiriləcək oyunda gözlənilir.
Xatırladaq ki, Ronaldo Səudiyyə klubu ilə 2022-ci ilin dekabr ayının sonunda müqavilə imzalayıb. Bundan əvvəl Ronaldo İngiltərə "Mançester Yunayted"i ilə müqaviləyə xitam verib.
 

Oxşar xəbərlər

Ronaldo ayın ən yaxşısı oldu
Ronaldo "Əl-Nəsr"də debüt edəcək - Bu gün
Ərdoğan Ronaldo haqqqında danışdı - "Karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək”
Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçdi
Ronaldo Səudiyyə Ərəbistan klubuna keçir - 2,5 illik müqavilə imzalanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər