Mahmudov het-trik etdi, “Neftçi” qalib gəldi -Misli Premyer Liqası
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Neftçi” doğma meydanda “Səbail”in müqavimətini qırmağa çalışıb. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.
Sabah turun daha iki oyunu olacaq. “Şamaxı” “Kəpəz”lə üz-üzə gələcək.
Turun mərkəzi matçı sayılan “Qarabağ” – “Zirə” görüşü də sabah baş tutacaq.
Son oyun günündə “Sabah” Tovuza səfər edərək, yerli komanda ilə üz-üzə gələcək.
Turun son matçı isə Sumqayıtda keçiriləcək. Autsayder “Sumqayıt” “Qəbələ” ilə oyunda cari mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.
Azərbaycan Premyer Liqası, 15-ci tur
27 noyabr
Neftçi – Səbail 3:1
Qol: Emin Mahmudov, 27; 51-pen; 77-pen – Rafael Məhərrəmli, 63.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
“Bakcell Arena”
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 16. Gilyerme Pato
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 51. David Orucov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
Oxşar xəbərlər
“Sabah” “Səbail”ə də məğlub ola bilərmiş
“Turan” səfərdə “Səbail”lə heç-heçə etdi
“Sabah”dan gözlənilməz xal itkisi - Misli Premyer Liqası
“Zirə” 1, “Neftçi” 2 top vurdu - Misli Premyer Liqası
Ataa Caber “Neftçi”yə qələbə qazandırdı - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası