reklam
“Sabah” “Səbail”ə də məğlub ola bilərmiş
Sportfm.az xəbər saytı

“Sabah” “Səbail”ə də məğlub ola bilərmiş


Misli Premyer Liqasında XXIX turun oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Sabah” “Səbail”in qonağı olub. Üç qolun qeydə alındığı matç autsayderin sürpriz qələbəsiylə yekunlaşıb.

Günün digər matçında isə “Neftçi” səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” “Zirə”yə 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Qarabağ” – “Kəpəz” və “Turan Tovuz” – “Şamaxı” oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXIX tur

8 aprel

“Səbail” – “Sabah” 2:1
Qol: D.Qomis, 29. Q.Zakpa, 90+5 – E.Apeh, 75-pen.
Qırmızı vərəqə: C.İrasabal, 59.
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov.
“ASCO Arena”, 17:30.

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

Oxşar xəbərlər

Masazırda sensasiya - “Turan” “Sabah”ı məğlub etdi
"Sabah" - "Səbail" - Start heyətlər
"Sabah" - "Səbail" - Start heyətlər
"Səbail" - "Sabah" - Start heyətlər
"Sabah" - "Səbail" - Start heyətlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər