Yaponiyadan sensasion nəticə -Dünya çempionatı
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.
Sportfm.az xəbər verir ki, günün ilk matçı F qrupunda olub. Xorvatiya millisi Mərakeşi sınağa çəkib. Bu oyunda qapılara qol vurulmayıb.
Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.
E qrupunda Almaniya seçməsi Yaponiya ilə qarşılaşıb. Bu oyunda hesabı almanlar açsa da, yaponlar əzmkar və sürpriz qələbəyə imza atıblar. İspaniya isə Kosta Rika ilə üz-üzə gələcək.
Dünya çempionatı
23 noyabr
F qrupu
Mərakeş – Xorvatiya 0:0
Baş hakim: Fernando Rapallini (Argentina).
“Əl-Bayt” stadionu.
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 6. Romen Saiss (k), 5. Nayef Aquerd, 3. Nussair Mazraui, 15. Selim Amallah, 4. Sofyan Amrabat, 8. Umai Azzedin, 7. Hakim Ziyeş, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri.
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 19. Borna Sosa, 11. Marselo Brozoviç, 10. Luka Modriç (k), 8. Mateo Kovaçiç, 13. Nikola Vlaşiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç.
23:00. Belçika – Kanada
Baş hakim: Canni Sikazve (Zambiya).
“Əhməd Bin Əli” stadionu.
E qrupu
Almaniya – Yaponiya 1:2
Qol: İ.Gündoğan, 33-pen – R.Doan, 75. T.Asano, 83.
Baş hakim: İvan Barton (Salvador).
“Xəlifə” stadionu.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 3. David Raum, 15. Niklas Süle, 23. Niko Şlotterbek, 6. Coşua Kimmix, 21. İlkay Gündoğan, 10. Serj Qnabri, 14. Camal Musiala, 13. Tomas Müller, 7. Kai Haverts.
Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 19. Hiroki Sakai, 4. Ko İtakura, 6. Vataru Endo, 26. Hiroki İto, 15. Daiçi Kamada, 17. Ao Tanaka, 11. Takefusa Kubo, 25. Daizen Maeda.
20:00. İspaniya – Kosta Rika
Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri).
“Al Tumama” stadionu.
Oxşar xəbərlər
Xorvatiya və Mərakeş 1/8 finalda, Belçika isə.... Dünya çempionatı
İspaniya və Almaniya bərabərə qaldı - Dünya çempionatı
Kanadanı Qətərdən "yola saldılar" - DÇ-2022
Belçikadan çətin qələbə - DÇ-2022
İspanlar Kosta-Rikaya rəhm etmədi - Qətər 2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası