reklam
Xorvatiya və Mərakeş 1/8 finalda, Belçika isə....
Sportfm.az xəbər saytı

Xorvatiya və Mərakeş 1/8 finalda, Belçika isə....Dünya çempionatı


Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.

Sportfm.az xbər verir ki, bununla da 1/8 finalın daha 4 iştirakçısı bəlli olacaq.

E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə qarşılaşacaq. Bu qrupda hər bir ölkənin pley-off şansı davam edir.

F qrupunda isə Kanada Mərakeşi, Xorvatiya Belçikanı sınağa çəkib. Şimali Amerika təmsilçisinin mundialla vidalaşması daha öncə dəqiqləşmişdi. Digər 3 yığma isə 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparıb. Mərakeş yığması Kanadaya qalib gəlməklə qrup lideri kimi mərhələ adlayıb. Xorvatiya isə Belçika ilə qolsuz heç-heçə sayəsində qrup ikincisi olub.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.

Dünya çempionatı
1 dekabr

E qrupu

23:00. Kosta Rika – Almaniya
Baş hakim: Stefanie Frappar (Fransa).
“Əl-Bayt” stadionu.

23:00. Yaponiya – İspaniya
Baş hakim: Viktor Qomes (CAR).
“Xəlifə” stadionu.

Xal: İspaniya – 4, Yaponiya – 3, Kosta Rika – 3, Almaniya – 1.

F qrupu

Kanada – Mərakeş 1:2
Qol: Nayef Aqerd, 40-öz qapısına – Hakim Ziyeş, 4. Yussuf En-Nesiri, 23.
Baş hakim: Rafael Klaus (Braziliya)
“Əl-Tumama” stadiionu.

Kanada: 18. Milan Boryan (k), 2. Alister Conston, 3. Sem Adekuqbe, 4. Kamal Miller, 5. Stiven Vitoriya, 10. Junior Hoylett, 11. Teydjon Byukenen, 14. Mark-Entoni Key, 17. Kayl Larin, 19. Alfonso Deyvis, 21. Conatan Osorio.
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 5. Nayef Aqerd, 6. Romen Saiss (k), 7. Hakim Ziyeş, 8. Azeddin Unai, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri.

Xorvatiya – Belçika 0:0
Entoni Teylor (İngiltərə).
“Əhməd bin Əli” stadionu.

Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 14. Marko Livaya, 19. Borna Sosa, 20. Yoşko Qvardiol, 22. Yosip Yuranoviç.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Bruyne (k), 11. Yannik Karrasko, 14. Dris Mertens, 15. Tomas Munye, 17. Leandro Trossar, 19. Leander Dendonker, 21. Timoti Kastan.

Xal: Mərakeş – 7, Xorvatiya – 5, Belçika – 4, Kanada – 0.

Oxşar xəbərlər

Kanada - Mərakeş - Start heyətlər
İspaniya və Almaniya bərabərə qaldı - Dünya çempionatı
Kanadanı Qətərdən "yola saldılar" - DÇ-2022
Belçikadan çətin qələbə - DÇ-2022
Yaponiyadan sensasion nəticə - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər