Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İki taekvondoçumuz mübarizəyə başlayır -Dünya çempionatı
Azərbaycanın daha iki taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, kişilərin yarışında 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev Tayland təmsilçisi Çayçon Ço ilə üz-üzə gələcək.
Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı, 49 kq çəkidə çıxış edən Patimat Abakarova yunanıstanlı Nektaria Anastasia Kokosi ilə görüşəcək.
Xatırladaq ki, ötən gün mübarizəyə qoşulan Taleh Süleymanov (87 kq) ilk qarşılaşmasında Serbiyanı təmsil edən Mehdi Khodabakhshiyə uduzub.
Qeyd edək ki, Azərbaycan yarışda 8 taekvondoçu ilə təmsil olunur.
Oxşar xəbərlər
Daha iki taekvondoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
İki taekvondoçumuz mübarizəyə başlayır - Bakıdakı dünya çempionatında
Olimpiya çempionumuz mübarizəyə başlayır - Avropa çempionatı
3 taekvondoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Azərbaycan taekvondoçuları mübarizəyə başlayır - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası