
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Renat İsveçrədə dayanmaq bilmir
Futbol üzrə İsveçrə çempionatında 16-cı turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Bazel”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 34-cü dəqiqədə Dadaşov vurub.
“Qrasshopper” 16 turdan sonra 20 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Renat oynadı, amma...
Renat Dadaşovdan İsveçrədə növbəti qol
Renat bu dəfə ötürmə verdi
Dadaşovun komandası yenə uduzdu - İsveçrə çempionatı
Dadaşov oynadı, komandası uduzdu - İsveçrə çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin