Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Renat Dadaşovdan İsveçrədə növbəti qol
İsveçrə çempionatında 20-ci turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” səfərdə “Servet”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 57-ci dəqiqədə penaltidən Renat vurub. Bu, Renatın mövsümdə 4-cü qoludur.
Qeyd edək ki, “Qrasshopper” 20 turdan sonra 24 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Renat oynadı, amma...
Renat bu dəfə ötürmə verdi
Renat İsveçrədə dayanmaq bilmir
Dadaşovun komandası yenə uduzdu - İsveçrə çempionatı
Dadaşov oynadı, komandası uduzdu - İsveçrə çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası