Paracüdoçumuz dünya üçüncüsüdür -UĞUR
Azərbaycanın qadın paracüdoçusu Xanım Hüseynova Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə yaponiyalı Karusa Oqavaya qalib gəlib.
Bu çəkidə medal görüşləri başa çatdıqdan sonra mükafatlandırmə mərasimi olub. Mükafatları Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Vətən Müharibəsi şəhidi, cüdo ilə məşğul olmuş Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə təqdim edib.
Qeyd edək ki, bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl kişilərdən 73 kq-da Namik Abbaslı, qadınlardan isə 48 kq-da Şəhanə Hacıyeva 3-cü yeri tutub.
Oxşar xəbərlər
Daha bir paracüdoçumuz medal qazandı
Paralimpiyaçımız qızıl medal qazandı - Dünya çempionatı
Paralimpiyaçımızdan böyük uğur - Üçüncü qızıl Tokio-2020
Paracüdoçularımızdan iki qızıl medal - Bakı Qran-Prisi
Bakıda dünya çempionatı start götürdü - ilk medalçılar kimlərdir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası