

Paracüdoçularımızdan iki qızıl medal -Bakı Qran-Prisi
Mayın 25-də Bakıda start götürən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq turnirində Azərbaycan idmançıları iki qızıl medal qazanıblar.
Sportfm.az xəbər verir ki, Sevda Vəliyeva (57 kq) finalda özbəkistanlı rəqibi Parvina Samandarovaya qalib gələrək qızıl medal qazanıb. Digər qızıl medalı isə komandamızın aktivinə Namiq Abbaslı (66 kq) yazdırıb. O, həlledici qarşılaşmada özbəkistanlı Utkirjon Niqmatova qalib gəlib.
Bundan əvvəl paracüdoçularımız 4 bürünc medala sahib olublar.
Kişilərin yarışında Vüqar Şirinli (60 kq), qadınların mübarizəsində Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq) və Afaq Sultanova (57 kq) üçüncü yeri tutublar.
Qran-Pridə kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsində 9 idmançı təmsil edir. Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız mübarizə aparır. Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.
“IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Oxşar xəbərlər
Paracüdoçularımız Qran Pridə finalda
Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri start götürdü
Paracüdoçular Daşkənd Qran-Prisində güclərini sınayır
Özbəkistan komandası Bakıda ən güclüdür
Azərbaycan cüdoçuları Qran Pridə 3 qızıl, 1 bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı