"Xəyallar qurmaq üçün artıq gecdir" -Emin Mahmudov
"Xəyallar qurmaq üçün artıq gecdir. Əvvəllər Avropaya getmək istəyirdim. İndi başa düşürəm ki, yəqin daha çağırmazlar".
Sportfm.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov Rusiya mətbuatına müsahibəsində deyib.
Millimizin də üzvü olan 30 yaşlı yarımmüdafiəçi legioner həyatı yaşamaq istədiyi ölkələri açıqlayıb: "Bir vaxtlar İspaniya və İngiltərədə oynamaq istəyirdim. Göstərdiyim futbola görə deyil, Vengerin “Arsenal”ını və “Real”ı bəyəndiyim üçün. Sequndadan yaxşı komanda dəvət etsə, oraya da gedərəm. Amma bunlar mənim xəyallarım və söhbətlərdir".
Ötən mövsüm yaxşı çıxış etdiyini bildirən futbolçu ölkə xaricindən təklif gözlədiyni gilətməyib: "Ötən il düşünürdüm ki, bəlkə kimsə təklif göndərər. Milli komanda ilə gözəl il keçirmişdim. 7 qol vurdum. Gözlədim, amma heç nə olmadı. Heç Qətərdən də təklif gəlmədi. "Neftçi" ilə müqaviləm var idi və heç kim məni transfer etmək istəmədi".
Oxşar xəbərlər
Gürcü futbolçuya fantastik təklif - 100 milyon
"Keşlə"dən ayrılmaq mənim üçün çətin oldu" - Azər Salahlı
"Uğur qazanmaq istəyirik” - Emin Mahmudov
"Həmişə Ukrayna millisində oynamaq istəmişəm" - Anatoli Nuriyev
"Hazırkı vəziyyət gənc oyunçulara çox pis təsir edir" Rövlan Muradov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası















Misli Premyer Liqası