reklam
Sportfm.az xəbər saytı

"Həmişə Ukrayna millisində oynamaq istəmişəm" -Anatoli Nuriyev


“Açığı, özümü beynəlxalq arenada sınamağı çox istəyirdim. İlk dəfə bir il əvvəl Azərbaycan millisində oynamaq fürsətimin olduğunu öyrəndim”.
Sportfm.az xəbər verir ki, bu sözləri millimizə yeni cəlb olunan Anatoli Nuriyev Ukrayna mətbuatına müsahibəsində deyib.
Ukraynanın “Minay” klubunun kapitanı olan 25 yaşlı yarımmüdafiəçi Azərbaycan millisini seçməsindən danışıb. O, Ukrayna yığmasında böyük rəqabət olduğundan millimizi seçdiyini qeyd edib:
“Ata tərəfində Azərbaycan köklərim var. Zakarpatiya futbolunun yetirməsi kimi həmişə Ukrayna yığmasında oynamaq istəyirdim. Ancaq mən həmişə realist olmuşam və başa düşmüşəm ki, Andrey Şevçenkonun komandasında ən gərgin rəqabət yarımmüdafiəçilər arasındadır.
Azərbaycan millisini seçməzdən əvvəl komandanın baş məşqçisi Canni De Byazi ilə iki dəfə görüşdüm və mənə etibar etdiyini söylədi. Mart ayındakı fasilə zamanı Azərbaycan milli komandasında üç oyun keçirdim. Əvvəlcə dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə, daha sonra Qətərlə yoldaşlıq görüşündə və nəhayət Serbiya ilə oyunda. Balkanlarla matçda bir xal qazanmağa yaxın idik, amma bəxtimiz gətirmədi.  Yenə də ümid edirəm ki, qazandığım beynəlxalq təcrübə bu yaxınlarda müqaviləmi bir il uzatdığım “Minay”da mənim üçün faydalı olacaq”.

Oxşar xəbərlər

“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim” - Açıqlama
Millimizin hücumçusu Ukrayna klubunda - RƏSMİ
Anatoli Nuriyev komandasını tərk etdi - Ayrılıq
"Ronaldoya qarşı oynamaq xoş idi" - Anotoli Nuriyev
Azərbaycan millisində oynamaqdan imtina etdi - "Türkiyə millisində oynamaq istəyirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər