reklam
Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb
Sportfm.az xəbər saytı

Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb


Xəbər verdiyimiz kimi, 27-28 oktyabr tarixlərində Paris şəhərində UNESCO baş qərargahında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti sessiyası keçirilib. 
Sportfm.az İdman Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sessiya çərçivəsində, oktyabrın 28-də nazir Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII  Beynəlxalq Konfransının (MINEPS VII) Bakıda keçirilməsi ilə bağlı Komitə üzvlərinə Azərbaycana dair təqdimatla çıxış edib. 

Sonra Azərbaycan Hökuməti ilə UNESCO arasında MINEPS VII konfransının 2023-cü ilin 14-17 mart tarixlərində Bakı şəhərində keçirilməsinə dair Ev sahibi müqaviləsi imzalanıb. Müqaviləni Azərbaycan Hökuməti adından gənclər və idman naziri Fərid Qayıbov, UNESCO tərəfindən isə Baş direktorun Sosial və Humanitar Elmlər üzrə müavini Qabriyela Ramos imzalayıblar.

Oxşar xəbərlər

Fərid Qayıbova yeni vəzifə verildi
İdmançılara mənzillər verildi - Tədbir
Nazir federasiya rəsmiləri ilə görüşdü - FOTO
Yeni gənclər və idman naziri məlum oldu - RƏSMİ
Azad Rəhimov Kazanda çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər