reklam
“Kəpəz”dən azarkeşə jest -
Sportfm.az xəbər saytı

“Kəpəz”dən azarkeşə jest -FOTO


Gəncədə “Neftçi” ilə oyunu tribunadan izləyərək “Kəpəz”in qol vura bilməməsinə üzülən və atası tərəfindən çəkilən görüntülərlə sosial şəbəkərlərdə məşhurlaşan Cahid Məmmədzadə komandanın məşqinə dəvət olunub.

Sportfm.az xəbər verir ki, hazırlıq prosesi başa çatdıqdan sonra 9 yaşlı azarkeş klubun İdarə Heyətinin sədri İlqar Nadiri, baş məşqçi Tərlan Əhmədov və futbolçularla görüşüb. Ona “Səbail” ilə keçiriləcək ev oyunu üçün biletlər, qolbağı və komanda üzvlərinin imzaladığı top hədiyyə olunub.

Əhmədov növbəti oyun üçün Cahidin yenə tribunada yer almasını istəyərək futbolçuların bu dəfə onu qolla sevindirəcəyinə inandığını bildirib. Məmmədzadə isə öz növbəsində sevimli komandasına çılğın azarkeşlik edəcəyinə söz verib.

Oxşar xəbərlər

“Kəpəz”in kollektivi Türkiyənin Baş Konsulluğunu ziyarət etdi - FOTO
“Kəpəz”in bıçaqlanan azarkeşi əməliyyat edildi
“Kəpəz”in futbolçuları uşaq evini ziyarət etdi - FOTO
Gəncə stadionuna yenidən baxdılar
İcra başçısı Tərlan Əhmədovla görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər