reklam
Sportfm.az xəbər saytı

"Hələ heç nə bitməyib" -Rüstəm Orucov


Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) öz Feysbuk hesabında paylaşım edib.

Sportfm.az xəbər verir ki, o, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/16 finalda uduzaraq turnirlə vidalaşması barədə yazıb. Rüstəm məyus olduğunu bildirib:

"Əvvəlcə mənə həqiqətən dəstək olan hər kəsə təşəkkür edirəm. Aylarla davam edən ağır məşq və hazırlıqdan sonra belə halın baş verməsi həqiqətən məyusedici və ürəkağrıdan hadisədir. İndi sadəcə bir-iki gün ara vermək, beynimdəki fikirləri toplamaq və bu vəziyyəti təhlil etmək istəyirəm. Məncə, nə olursa olsun, bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir. Sonda qeyd edim ki, hələ heç nə bitməyib və daha güclü qayıdacağam!”

Qeyd edək ki, R.Orucov ilk görüşündə - 1/16 finalda braziliyalı Daniel Karqninə uduzaraq mundialla vidalaşıb.

Oxşar xəbərlər

Hidayət Heydərov və Rüstəm Orucov mübarizəyə başlayır - Dünya çempionatı
Rüstəm Orucov gümüş medal qazandı - Klublararası Avropa Çempionatı
"Medal qazanmağı hamıdan çox mən istəyirdim" - Rüstəm Orucov
Rüstəm Orucov Hidayət Heydərovu məğlub etdi
Heydərov Avropa çempionatında yarımfinala yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər