reklam
Sportfm.az xəbər saytı

"Medal qazanmağı hamıdan çox mən istəyirdim" -Rüstəm Orucov


"Medalsız qaldım. Medal qazanmağı hamıdan çox mən istəyirdim".

Sportfm.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışarkən deyib.

Bayraqdar bütün gücünü 1/4 finalda yaponiyalı olimpiya çempionu Şohei Ono ilə görüşdə itirdiyini bildirib: "Püşk yaxşı gətirmədi. Üçüncü görüşümdə olimpiya çempionuna rəqib oldum. Ono ilə qarşılaşmadan sonra bərpa oluna bilmədim ki, axıra kimi gedim və üçüncü yeri tutum. Beşinci oldum. Nə deyəcəyimi bilmirəm. Qismət belə imiş. İnanın mənə, nə olacağını, necə olacağını bilmirəm".

"Hələlik özümə gələ bilməmişəm. Özümə gəlsəm, yaxşı olacaq. Buradan mənə dəstək olanların hamısına "çox sağ olun" demək istəyirəm" deyə 30 yaşlı idmançı əlavə edib.

Qeyd edək ki, Rüstəm Orucov Tokio-2020-də 3-cü yer uğrunda görüşdə cənubi koreyalı dünya çempionu An Çanqrimə uduzub.

Oxşar xəbərlər

Rüstəm Orucov Olimpiya Oyunlarını medalsız tərk etdi - Tokio-2020
Orucov dünya çempionuna qarşı - Tokio-2020
Rüstəm Orucov Olimpiya çempionuna uduzdu - Tokio-2020
Olimpiadada iki bayraqdar olacaq! - Təzad
Azərbaycan millisinin bayraqdarı məlum oldu - Tokio-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər