reklam
Mahir Emreli futbol oynaya biləcəkmi? -
Sportfm.az xəbər saytı

Mahir Emreli futbol oynaya biləcəkmi? -Qərar ləğv edildi


FİFA Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı qərarını ləğv edib.

Sportfm.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 25 yaşlı hücumçunun futbol oynamasına qoyulan qadağa götürülüb. Artıq bununla bağlı ali futbol qurumundan kluba müvafiq məktub daxil olub.

Xatırladaq ki, FİFA Mahir Emrelini Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırmışdı. Futbolçu həmin qərardan sonra sabiq komandasına olan borcunu ödəyib. Bu üzdən də FİFA öz qərarını ləğv etməli olub.

Oxşar xəbərlər

Mahir sabiq klubunu unutmadı - Paylaşım etdi
Mahir Emreli virusa yoluxdu
FİFA Mahir Emrelini cəzalandırdı - ŞOK
Mahir məşqlərə başladı
Mahir Emreli Zaqreb "Dinamo"sunda - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər