reklam
Sportfm.az xəbər saytı

"Olimpiakos" - "Qarabağ" oyununda 1 dəqiqəlik sükut olacaq -Avropa Liqası


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Olimpiakos"la Yunanıstanda keçirəcəyi matç 1 dəqiqəlik sükutla başlayacaq. 

Sportfm.az xəbər verir ki, sükut İndoneziya çempionatının 11-ci turunda "Arema" - "Persebaya" görüşündən (2:3) sonra olan iğtişaşlar zamanı dünyasını dəyişənlərin xatirəsinə həsr olunacaq. Bildirilir ki, qərar bu həftə keçiriləcək Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlardan ibarət yığma komandalar arasında dünya çempionatının pley-off oyunlarına da aid edilir.

 

Qeyd edək ki, sözügedən oyundan sonra baş verən iğtişaşlar zamanı 130 nəfər həyatını itirib.

Xatırladaq ki, oktyabrın 6-sı Yunanıstanda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ" "Olimpiakos"la bərabərə qaldı - Avropa Liqası
"Qarabağ" "Olimpiakos"a qarşı - Avropa Liqası
"Qarabağ" "Olimpiakos"a qarşı - Avropa Liqası
“Olimpiakos” – “Qarabağ” matçında anşlaq olacaq - Yunan mətbuatı
Mesut Özil "Olimpiakos"a qarşı oynamayacaq - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər