Azərbaycan komandalarının heyətləri -Avropa kuboku
Kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandasının Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa şahmat klub kubokunda növbəti oyunları üçün heyətləri məlum olub.
Sportfm.az xəbər verir ki, “Vüqar Həşimov” komandasında İsveçin “Stockholms” kollektivinə qarşı Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov və Xəzər Babazadə mübarizə aparacaq.
“Odlar Yurdu”da Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gövhər Beydullayeva Ukraynanın “Blue & Yellow” klubuna qarşı çıxış edəcək.
Kişilər
2-ci tur
“Vüqar Həşimov” – “Stockholms”
Kiril Şevçenko – Lars Hauge
Misrətdin İskəndərov – Can Ertan
Vüqar Əsədli – Erik Torn
Əhməd Əhmədzadə – Karl Sederstam
Ülvi Sadıxov – Nils-Qustam Rehman
Xəzər Babazadə – Felik Tuomainen
Qadınlar
“Blue & Yellow” – “Odlar Yurdu”
Natalya Buksa – Günay Məmmədzadə
İnna Qaponenko – Ülviyyə Fətəliyeva
Yevgeni Doluxanova – Xanım Balacayeva
Diana Tarleva – Gövhər Beydullayeva
“Vüqar Həşimov” komandası ilk turda İngiltərə “Şarks”ını, “Odlar Yurdu” isə Fransa “Filidor”unu məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan komandaları ilk məğlubiyyətini aldı - Avropa Kuboku
Komandalarımız Avropa Kubokuna qələbə ilə başladı
Şahmatçılarımız mübarizəyə başlayır - Avropa kuboku
Şahmatçılarımız Avropa kubokuna qələbə ilə start verdi
Avropa kubokunda Azərbaycanı iki komanda təmsil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası