Komandalarımız Avropa Kubokuna qələbə ilə başladı
Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində start götürən Avropa Şahmat Klub Kubokuna qələbə ilə başlayıb.
Sportfm.az əbər verir ki, ilk turda rəqib müvafiq olaraq, İngiltərənin "Şarks" və Fransanın "Filidor" kollektivləri olub.
“Vüqar Həşimov” komandası rəqibini 5,5:0,5, "Odlar Yurdu" isə 2,5:1,5 hesabı ilə məğlub edib.
Avropa Şahmat Klub Kuboku
I tur
Kişilər
"Şarks" (İngiltərə) - "Vüqar Həşimov" (Azərbaycan) - 0,5:5,5
Peter Robertson - Rauf Məmmədov - 0:1
Racat Makkar - Vüqar Əsədli - 0:1
Ceyms Morebi - Əhməd Əhmədzadə - 0,5:0,5
Adam Bremner - Ülvi Sadıqov - 0:1
Hyu Mörfi - Xəzər Babazadə - 0:1
Liam Varnam - Anar Allahverdiyev - 0:1
Qadınlar
"Odlar Yurdu" (Azərbaycan) - "Filidor" (Fransa) - 2,5:1,5
Günay Məmmədzadə - Altan Uzi Enxtuul - 0,5:0,5
Ülviyyə Fətəliyeva - Annar-Mari Klek - 1:0
Gülnar Məmmədova - Mariya Navrotesku - 0:1
Xanım Balacayeva - Appolina Tomas - 1:0
Oxşar xəbərlər
Azərbaycan komandaları ilk məğlubiyyətini aldı - Avropa Kuboku
Azərbaycan komandalarının heyətləri - Avropa kuboku
Şahmatçılarımız mübarizəyə başlayır - Avropa kuboku
Şahmatçılarımız Avropa kubokuna qələbə ilə start verdi
Avropa kubokunda Azərbaycanı iki komanda təmsil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası