Şahmatçılarımız mübarizəyə başlayır - Avropa kuboku
Martın 27-də klublar arasında start götürəcək onlayn Avropa kubokunda şahmatçılarımız mübarizəyə başlayırlar.
Sportfm.az xəbər verir ki, yarışda Azərbaycanı 5 komanda - “Odlar Yurdu”, “Vüqar Həşimov”, “Təhsil idman”, “Gənclik” və “Nakhchivan - Noah's Land” komandaları təmsil edəcək.
Bu gün komandalarımızdan “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) E qrupunda, “Gənclik” (Abdulla Qədimbəyli, Murad İbrahimli, Xəzər Babazadə, Atilla Eynullayev, Read Səmədov, Cahandar Azadəliyev) yığması D qrupunda, “Nakhchivan - Noah's Land” komandası (Urfan Semdimalıyev, Talıb Babayev, Pərviz Qasımov, Toğrul Həsənzadə, Sadiq Məmmədov və Sadiq Qarayev) G qrupunda, “Vüqar Həşimov” komandası (Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov) H qrupunda, “Təhsil idman” komandası (Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirli) isə I qrupda yarışacaqlar.
Şahmatçılar martın 27-28-də təsnifat mərhələsində, ertəsi gün pley-offda, martın 30-31-də isə final oyunlarında iştirak edəcəklər.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |