reklam
Devis qovuldu -
Sportfm.az xəbər saytı

Devis qovuldu -İttiham


Maltanın kişilərdən ibarət milli komandasının baş məşqçisi Devis Manja vəzifəsindən azad edilib.

Sportfm.az xəbər verir ki, bu barədə "Times of Malta" məlumat yayıb. 48 yaşlı italiyalı mütəxəssis milli komandanın iki futbolçusuna qarşı cinsi təcavüz etməkdə şübhəli bilinir. Məlumata görə, iki futbolçu bununla əlaqədar şikayət edib. Bundan sonra Malta Futbol Federasiyası məşqçini vəzifəsindən azad edib və araşdırmalara başlandığını bildirib.

Manjanın özü isə bəyanat yayaraq bütün ittihamları rədd edib.

Qeyd ed'k ki, Devis Manja 2019-cu ilin dekabrında Malta millisinə baş məşqçi təyin olunub. Onun federasiya ilə müqaviləsi 2023-cü ilin dekabrında başa çatır.

Oxşar xəbərlər

Nazim Süleymanov istefaya göndərildi - Əvvəlki vəzifəsinə qayıtdı
"Mançester Yunayted"in sabiq futbolçusu azadlığa buraxıldı
Federasiya prezidenti qadın futbolçulara təcavüz etdi
Milli komandanın futbolçusu ölümlə təhdid edildi
İngiltərə millisinin baş məşqçisi qovuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər