reklam
Nazim Süleymanov istefaya göndərildi -
Sportfm.az xəbər saytı

Nazim Süleymanov istefaya göndərildi -Əvvəlki vəzifəsinə qayıtdı


Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiyanın "Ximki" klubunun gənclərdən ibarət komandasının baş məşqçisi vəzifəsindən azad olunub.

Sportfm.az xəbər verir ki, bu haqda "Ximki"nin rəsmi saytı məlumat yayıb. O, bundan sonra fəaliyyətini klubun U-19 komandasında davam etdirəcək. Süleymanovla yanaşı onun köməkçisi Emin Ağayevin də U-19 komandasına qayıtması barədə qərar verilib. Əvəzedici heyətin baş məşqçisi vəzifəsinə isə tanınmış rusiyalı mütəxəssis Rinat Bilyaletddinov təyin edilib.

Qeyd ediək ki, Süleymanov daha əvvəl də U-19-da işləyirdi. Bu il fevralın 3-də millimizin sabiq kapitanı əvəzedici komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında "Ximki" gəncləri Rusiya 2-ci liqasında keçirdiyi 3 matçdan 2-də heç-heçə edib, 1-də isə uduzub.

Oxşar xəbərlər

Azərbaycanlı futbolçular məşqçi haqqında danışdı
Nazim Süleymanov rəsmi debüt etdi - bərabərə qaldılar
Nazim Süleymanovun köməkçisi məlum oldu
Nazim Süleymanova Azərbaycanda iş tapılmadı - “Ximki”yə yollandı
“Ximki” Sergey Yuranla yollarını ayırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər