Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Topaz"da uduzdu, atasını öldürdü, anasını bıçaqladı - DƏHŞƏT
Bakı şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Sportfm.az saytı lent.az-a istinadən xəbər verir ki, Əbilov küçəsi ev 18/12 ünvanında atası 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürən 30 yaşlı Emin Sadıqovun külli miqdarda qumar borcu olub. Xeyli vaxtdır, mərc oyunları ilə məşğul olan Eminin külli miqdarda borcu yaranıb və hadisə bu səbəbdən baş verib.
Bildirilir ki, E.Sadıqov məhz qumar borcuna görə oğurluq etdiyi üçün məhkum edilib. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb. Nəticədə çıxılmaz vəziyyətə düşən E.Sadıqov atasında evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürüb. Eminin atasını öldürməsinə mane olmaq istəyən anası Yasəmən Sadıqova da bıçaq xəsarətləri alıb. Araşdırmalar davam etdilir.
Qeyd edək ki, ölkəmizdə mərc oyunları yeganə qanuni kontoru "Topaz"dır.
Oxşar xəbərlər
"Topaz" - Qazanc yolu, yoxsa mənəvi murdarlıq?
"Topaz"dan cəlbedici təklif: Bütün oyunlara canlı mərc fürsəti
"Topaz"da bu gün: 16 canlı 9 "təkli" oyun
“Topaz”da bu gün: 16 canlı oyun
"Topaz"da qan düşdü: 2 manata görə 4 bıçaq zərbəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası