Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah"ın kapitanı üçün əlamətdar oyun
Misli Premyer Liqasının VII turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün ilklə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatlarında özünün ilk qolunu vurub. O, “Turan Tovuz”la qarşılaşmada (3:1) penaltini qola çevirib. Camalov Premyer Liqadakı ilk qolunu özünün 187-ci oyununda vurub. O, ölkə çempionatlarının 30 illik tarixində qol hesabını ən gec açan futbolçu olub. İndiyədək heç bir oyunçu ilk topunu bu qədər gözləməyib.
Debütü 2013/14 mövsümündə “Qəbələ”də gerçəkləşən Camalov bu klubda 111, “Zirə”də 43, “Sabah”da 33 dəfə meydana çıxıb.
Oxşar xəbərlər
Ramil, Rahil və Kevin...
Ülvi İsgəndərov üçün əlamətdar tur - 100-cü oyun
"Sabah"ın legioneri üçün əlamətdar matç
Elvin Camalov üçün əlamətdar qarşılaşma
"Sabah"ın kapitanı üçün əlamətdar oyun - Uğur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası