Güləşimiz üçün uğursuz bir gün
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, yarışın yeddinci günündə sərbəst güləş üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.
Əliabbas Rzazadə (57 kq) 1/16 finalda koreyalı Sunqvon Kimə xalların keyfiyyətinə görə (5:5) qalib gəlsə də, növbəti mərhələdə çinli Vanhao Jouya 3:5 hesabıyla məğlub olub.
Turan Bayramov (74 kq) ilk görüşdə bolqarıstanlı Miroslav Kirova qalib gəlib - 5:0. Həmyerlimiz 1/8 finalda kanadalı Casmit Fulkadan güclü olub - 9:0. Bayramov 1/4 finalda iranlı Yunis İmamiçoğayiyə uduzub - 4:8.
Osman Nurmaqomedov (92 kq) 1/8 finalda Maksvel Qaritaya (Kosta-Rika) heç bir şans tanımayıb - 10:0. Milli üzvü son Avropa çempionu Feyzullah Aktürkə (11:0) də vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Nurmaqomedov finalın bir addımlığında ikiqat dünya çempionu və olimpiya mükafatçısı Ceyden Koksla qarşılaşıb. Təcrübəli rəqib 7:0 hesablı qələbə qazanıb. Osman sabah bürünc medal uğrunda güləşəcək.
Oxşar xəbərlər
İki güləşçimiz finalda, ikisi bürünc qazandı - Dünya çempionatı
Yeniyetmə güləşçilərdən 4 bürünc medal - Avropa çempionatı
Üç güləşçimiz Avropa çempionatının finalında!
Daha bir güləşçimiz finalda - Avropa çempionatı
DÇ-2018: İki bürünc medal şansı davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Millimizə seçimlər davam edir
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək
-
Aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqlandı - AFFA















Misli Premyer Liqası