reklam
Qadınlar mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Qadınlar mübarizəyə başlayır -Avropa çempionatı


Azərbaycanın qadın güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bu gün mübarizəyə başlayacaqlar.

Sportfm.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova təsnifat mərhələsində Mariya Leorda (Moldova) ilə üz-üzə gələcək.

55 kq-dakı Elnurə Məmmədova eyni raundda Angelika Mitkovska (Polşa), 68 kq-dakı Nigar Mirzəzadə Suzanna Molnar (Slovakiya) ilə görüşəcək.

Bu gün həmçinin yunan-Roma güləşçiləri medal qarşılaşmalarına çıxacaqlar. 60 kq-dakı Elmir Əliyev finalda Melkamu Fetene ilə, 72 kq-dakı Qurban Qurbanov İrfan Mirzoyevlə (Ukrayna), 97 kq-dakı Murad Əhmədiyev Aleks Şoke ilə (Macarıstan) güləşəcək.

67 kq-dakı Həsən Məmmədli bürünc medal uğrunda görüşdə İvo İliyevin (Bolqarıstan), 82 kq-dakı İsmayıl Rzayev təsəlliverici qarşılaşmada Adam Qardziolanın (Polşa) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.

Oxşar xəbərlər

Rafiq Hüseynov mübarizəyə başlayır - Avropa çempionatı
Azərbaycanın 3 güləşçisi yarımfinalda - Avropa çempionatı
Daha üç qadın güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Azərbaycanın qadın güləşçiləri məğlub oldu - Avropa çempionatı
Leyla Qurbanova mübarizəyə başlayır - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər