reklam
Qarabağ qazisi dünya çempionu oldu
Sportfm.az xəbər saytı

Qarabağ qazisi dünya çempionu oldu


İsveç Krallığında yaşayan Birinci Qarabağ müharibəsinin qazisi, 59 yaşlı soydaşımız Səfər Əliyev ABŞ-da böyük uğur qazanıb.

Sportfm.az xxəbər verir ki, Las-Veqas şəhərində Braziliya Ciu-Citsusu üzrə keçirilən dünya çempionatında Səfər Əliyev rəqibi Skot Kukla qarşılaşıb. Rəqibi üzərində üstünlük əldə edən soydaşımız çempionatın qalibi olub.

“World Master” Braziliya Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə Las-Veqas konfrans mərkəzində təşkil edilən dünya çempionatı 1-3 sentyabr tarixində baş tutub.

Qeyd edək ki, Səfər Əliyev 1991-ci ildə yaradılmış Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk xüsusi təyinatlı bölməsində idman rotasının komandiri olub. Bu bölmə Naxçıvanın müdafiəsində ön sıralarda yer tutaraq, bir çox ağır döyüş əməliyyatlarında iştirak edib.

Soydaşımız İsveçin Partille şəhər bələdiyyəsinin məclis, Höteborq bölgəsi üzrə İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinin, Qərbi Yöteland bölgəsinin səhiyyə komitəsinin üzvü Turan Əliyevin əmisidir.

Oxşar xəbərlər

Daha bir Qarabağ qazisi lisenziya qazandı - Dünya çempionatı
Qarabağ qaziləri Qran-prisində iştirak edəcəklər
Ulu öndərin xatirəsinə həsr olunmuş Açıq Bakı Turniri - Braziliya Ciu-citsusu üzrə
Samboçumuz ABŞ çempionu oldu - Uğur
Soydaşımız Rusiya çempionu oldu - Rusiyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər