"Zəngəzur" komandası Türkiyədə kubok qazandı -FOTO
Türkiyədə azyaşlı futbolçular arasında 2-4 sentyabr tarixlərində keçirilən beynəlxalq turnirə yekun vurulub.
Sportfm.az xəbər verir ki, Kocaelidə baş tutan "Kartepe Kuboku"nda ölkəmizi təmsil edən "Zəngəzur" FK uğurla çıxış edərək, turnirin qalibi adını qazanıb. A kateqoriyalı baş məşqçi Azər Cabbarovun rəhbərlik etdiyi 2012-ci il təvəllüdlü futbolçular Almaniya, Rumıniya, İran, BƏƏ, Makedoniya, Türkiyə, Azərbaycan və s. ölkələrin klublarının mübarizə apardığı turnirdə finala vəsiqə əldə edərək, "Manavqat" FA-nın rəqibi olublar. Yarış boyu baxımlı oyunu ilə futbolsevərlərin rəğbətini qazanan "Zəngəzur" komandası çiskinli havaya görə həlledici matçda qüvvəsini sınaya bilməyib. Turnirin təşkilatçıları hər iki komandanı qalib elan edərək, uşaqları sevindirib.
Ümumiyyətlə, bu Cabbarovun uşaq komandaları ilə beynəlxalq turnirlərdə ilk uğuru deyil. Ölkəmizdə sayılıb-seçilən mütəxəssislərdən olan Azər Cabbarov bir müddət öncə "Neftçi" PFK-dən ayrılmışdı.
Qeyd edək ki, Cabbarov "Neftçi"də olduğu dönəmdə, rəhbərlik etdiyi 2012-ci il təvəllüdlü komandası respublika çempionatında bir dəfə də olsun məğlub olmamışdı.



Oxşar xəbərlər
“Zəngəzur” dördüncü oldu
"Zəngəzur" yarımfinalda məğlub oldu - Avropa Kuboku
“Zəngəzur” Yunanıstan klubu ilə bərabərə qaldı - Avropa kuboku
“Zəngəzur” ilk oyununda qalib gəldi - Avropa Kuboku
"Baku World Open"in qalibi məlum oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası