reklam
“Zəngəzur” Yunanıstan klubu ilə bərabərə qaldı -
Sportfm.az xəbər saytı

“Zəngəzur” Yunanıstan klubu ilə bərabərə qaldı -Avropa kuboku


“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokuna ikinci oyununu keçirib.

Sportfm.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstan klubu TMT ilə qarşılaşıb.

“Zəngəzur” matçın gedişində 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Görüş heç-heçə başa çatıb – 3:3.

Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın “Veşka Olomuç” klubuna qarşı keçirəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, “Zəngəzur” ötən gün qrupun ilk turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

“Zəngəzur” dördüncü oldu
"Zəngəzur" yarımfinalda məğlub oldu - Avropa Kuboku
“Zəngəzur” ilk oyununda qalib gəldi - Avropa Kuboku
Minifutbol klublarmızın rəqibləri müəyyənləşdi
"Qəbələ" Rusiya klubu ilə bərabərə qaldı - Toplanış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər