reklam
Zəkiyev finala yüksələ bilmədi
Sportfm.az xəbər saytı

Zəkiyev finala yüksələ bilmədi


Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyev Bakıda keçirilən paracüdo üzrə Qran-pri turnirində finala yüksələ bilməyib.

Sportfm.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 39 yaşlı idmançı yarımfinalda Özbəkistan təmsilçisi Şirin Şaripova uduzub. Zəkiyev bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.

100 kq-da mübarizə aparan Kənan Abdullaxanlı ilk görüşdə uduzub və təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Eyni çəkidəki Kamil Ağayev isə turnirlə vidalaşıb. 90 kq-da Ramil Əliyev yarımfinalda ukraynalı Aleksandr Nazarenko, bu çəkidəki Ramin Əliyev isə təsəlliverici görüşdə yaponiyalı Haruka Hirose isə üz-üzə gələcək.

Qadınların mübarizəsində isə Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Dürsədəf Kərimova və Xatirə İsmiyeva (hər ikisi 70+ kq) birinci qarşılaşmada uduzaraq təsəlliverici görüşlərdə çıxış edəcəklər.

Qeyd edək ki, İlham Zəkiyev həm də ikiqat dünya və 7 qat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibidir.

 

Oxşar xəbərlər

Zəkiyev Qran Pridə qızıl medal qazandı - Uğur
İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu – UĞUR
Paracüdoçularımızın ilk rəqibləri bəlli oldu - Tokio-2020
Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri start götürdü
Paracüdoçular Daşkənd Qran-Prisində güclərini sınayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər