Şahmatçı qızlarımızdan tarixi uğur
Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında medal qazanıblar.
Sportfm.az xəbər verir ki, Günay Məmmədzadə İsveçrə sistemi üzrə keçirilən yarışın sonuncu – 11-ci turunda Aleksandra Maltsevskaya (Polşa) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 22 yaşlı şahmatçımız matçın 43-cü gedişində rəqibi ilə heç-heçəyə razılaşıb.
Ülviyyə Fətəliyeva isə son turda “ağlar”la millimizin digər üzvü Gülnar Məmmədovanı məğlub edib. Beləliklə, hər iki şahmatçı xalını 8-ə çatdırıb. Ələvə göstəricilərə görə Günay ikinci, Ülviyyə üçüncü yeri tutub.
Ümumilikdə 123 iti zəka sahibinin qatıldığı yarışın qalibi 8,5 xalla polşalı Monika Soçko olub.
Qadın şahmatçıların fərdi Avropa çempionatında bunadək heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasına düşə bilməmişdi.
Oxşar xəbərlər
Beydullayeva zəkasını işlətdi - Avropa çempionatı
Dünya kubokunda iştirak hüququ qazandılar
"Medal qazanacağımı gözləyirdim" - Günay Məmmədzadə
Rusiya və Fransa bizdən üstün oldu - Dünya çempionatı
Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatdı - Fətəliyeva yeddincidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası