"Medal qazanacağımı gözləyirdim" -Günay Məmmədzadə
"Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı".
Sportfm.az xəbər verir ki, bunu Çexiyanın paytaxtı Praqada keçirilmiş qadın şahmatçılar arasında şəxsi Avropa çempionatının gümüş medalçısı Günay Məmmədzadə jurnalistlərə açıqlamasında deyib.
22 yaşlı şahmatçı tarixi uğur zamanı qızıl medala çox yaxın olduğunu bildirib: "20-31 avqustda Çexiyanın Praqa şəhərində keçirilmiş qadın şahmatçıların şəxsi Avropa çempionatında iştirak etdik. Əlbəttə, medal qazanacağımı gözləyirdim. Hətta birincilik uğrunda mübarizə aparırdım. 44-cü Şahmat Olimpiadasından sonra digər komanda yoldaşlarımdan da nəticə gözlənilirdi. Məndən başqa, Ülviyyə Fətəliyeva da 3-cü yerə çıxdı. Yarış çox yaxşı keçdi. Qalibdən 0,5 xal geri qaldım. Ümid edirəm və inanıram ki, gələcək yarışlarda birinciliyi qazanacağam".
Oxşar xəbərlər
Qızıl medal qazanan ilk azərbaycanlı qadın Bakıya gəldi
Dünya kubokunda iştirak hüququ qazandılar
Şahmatçı qızlarımızdan tarixi uğur
Murad İbrahimli dünya çempionu oldu
Şahmatçılarımız Yunanıstanda yarışacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası