Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Bakcell Arena”da yubiley
Topaz Premyer Liqasının XXI turunun "Neftçi” – "Zirə” qarşılaşması qonaqlar üçün yubileylə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, 2:1 hesabı ilə əzmkar qələbə qazanan Ayxan Abbasovun yetirmələri Azərbaycan çempionatının yüksək dəstəsində 25-ci qələbəsini bayram edib. Premyer Liqada ötən mövsüm debüt edən zirəlilər 17 dəfə qalib gəlmişdisə, cari çempionatda daha 8 dəfə sevinib. "Bakcell Arena”da qazanılan 25-ci uğuru 57-ci oyununda əldə edən qəsəbə təmsilçisi 16 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Bu müddətdə zirəlilər 62 top vurub və 53-nü buraxıb.
Qeyd edək ki, "Zirə” ölkə çempionatlarında 25 və daha çox qələbə qazanan 32-ci komanda olub.
Oxşar xəbərlər
"Turan Tovuz"dan yubiley qələbəsi
“Zirə” yubiley qələbəsini bayram etdi
"Zirə"dən uğursuz yubiley
“Zirə”dən yubiley qələbəsi
Yubiley oyununda yubiley məğlubiyyəti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası