Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləş millimiz 3-cü oldu -Dünya çempionatı
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı başa çatıb.
Sportfm.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz mundialda uğurlu çıxışla diqqət çəkib.
Məsul yarışa böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında 9 güləşçiylə yollanan komandamız 4 medal qazanıb. Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.
Yekunda 101 xal toplayan millimiz komanda hesabında dünya 3-cüsü olub. Rusiya (183) birinci, İran (130) isə ikinci yeri tutub.
Oxşar xəbərlər
Millimizdən tarixi uğur - Dünya 2-cisi oldular
Azərbaycan güləşçilərindən rekord nəticə - Avropa çempionatı
Güləşçilərimizdən tarixi nəticə - Avropa çempionatı
Dünya üçüncüsü millimiz Vətənə qayıtdı -VİDEO VİDEO
Yığmamız Dünya çempionatında ikinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası