Yığmamız Avropa çempionu oldu! -VİDEO
Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb. Məsul yarışda ölkəmizi 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olub. Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) üçüncü yeri tutub.
Beləliklə, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 4 qızıl və 3 bürünc medal qazanan yığmamız 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub!
Qeyd edək ki, komandamız 10 çəkidən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb. Bu tarixi uğur bir daha onu göstərdi ki, Azərbaycan güləşinin gələcəyi parlaqdır və sağlam təməllər üzərindədir.
Oxşar xəbərlər
Millimizdən tarixi uğur - Dünya 2-cisi oldular
Güləş yığmamız Avropa çempionu oldu - UĞUR
Millimizin heyəti açıqlandı - Dünya çempionatı
Avropa çempionlarımız mükafatlandırıldı - FOTO
Azərbaycan güləşçilərinin rəqibləri müəyyənləşdi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası