reklam
Yığmamız Dünya çempionatında ikinci oldu
Sportfm.az xəbər saytı

Yığmamız Dünya çempionatında ikinci oldu


Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yığmamız mundialda uğurlu çıxış edib. Sofiyaya yollanan 8 güləşçidən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.

Beləliklə, güləşçilərimizin uğurlu çıxışı nəticəsində millimiz 123 xalla komanda hesabında dünya ikincisi olub. İran 148 xalla birinci, Rusiya isə 99 xalla üçüncü yeri tutub.

Oxşar xəbərlər

Millimizdən tarixi uğur - Dünya 2-cisi oldular
Yığmamız Avropanın 3-cü güclü komandasıdı
Güləş millimiz 3-cü oldu - Dünya çempionatı
Güləş yığmamız Avropa ikincisi oldu
Yığmamız Avropa ikincisi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər