reklam
“Viktoriya”nın çempionat oyunu təxirə salındı -
Sportfm.az xəbər saytı

“Viktoriya”nın çempionat oyunu təxirə salındı -“Qarabağ”a görə


“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan “Viktoriya”nın Çexiya çempionatındakı oyunu təxirə salınıb.

Sportfm.az xəbər verir ki, Plzen klubunun müraciəti əsasında 4-cü turun “Viktoriya” – “Zbroyovka” oyunu başqa vaxta keçiriləcək.

Buna “Viktoriya”nın avqustun 16-da “Qarabağ”la Bakıda oyununun olması səbəb göstərilib. Şənbə günü çempionat matçı ilə Çempionlar Liqası qarşılaşmasına 72 saatdan az qaldığı nəzərə alınaraq, klub “Zbroyovka” ilə görüşün təxirə salınmasını istəyib.

Çempionat rəhbərliyi bu xahişi qəbul edib. Bu çempionat qarşılaşması üçün biletlərin satışı dərhal dayandırılıb. Artıq alınmış biletlər isə həmin matçın yeni oyun günündə etibarlı sayılacaq.

“Qarabağ” və “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda, cavab qarşılaşması isə avqustun 23-də Plzendə keçiriləcək.

Oxşar xəbərlər

“Viktoriya” – “Qarabağ” matçının biletləri satışda - Çempionlar Liqası
Bakıya səfər proqramı açıqlandı - “Viktoriya”nın
“Qarabağ” – “Viktoriya” matçının hakimləri - Çempionlar Liqası
Biletlər satışa çıxarıldı - Çempionlar Liqası
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibi bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər