Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Emin Məmmədov qələbə ilə başladı -İslam Həmrəyliyi Oyunları
Azərbaycanlı stolüstü tennisçi Emin Məmmədov Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qələbə ilə başlayıb.
Sportfm.az xəbər verir ki, o, kişilərin şəxsi yarışında ilk görüşünü Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşı keçirib.
Rəqibini 3:0 hesabı ilə üstələyən Emin Məmmədov 1/16 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Məhəmməd Şəffan İsmayıl olacaq.
Digər idmançımız Adil Əhmədzadə isə rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1/8 final mərhələsinə adlayıb.
Bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq.
Oxşar xəbərlər
Konya üçün Qaxda hazırlıq
Azərbaycan çempionatının qalibləri bəlli oldu
Stolüstü tennisçilərimiz iki medal qazandı - MDB Oyunları
İdmançılarımız Çində beynəlxalq turnirdə iştirak edəcəklər
Tennisçilərimiz Latviyada mübarizə aparacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
18 matçın nəticələri - Konfrans Liqası
-
Arda Gülerlə yeni müqavilə imzalandı
-
Klub rəhbərinə 4 oyunluq cəza - QƏRAR














Misli Premyer Liqası