reklam
Konya üçün Qaxda hazırlıq
Sportfm.az xəbər saytı

Konya üçün Qaxda hazırlıq


Stolüstü tennisçilər Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirirlər.

Sportfm.az xəbər verir ki, seçmə komanda bu məqsədlə Qax Olimpiya İdman Kompleksində bir araya gəlib.

Bu gün başlanan növbəti təlim-məşq toplanışında baş məşqçi Mixail Timofeyev və böyük məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında 10 idmançı iştirak edir. Söhbət Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, İbrahim Ansari, Əliverdi Şahgəldiyev, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətovadan gedir. İdmançılar iyulun 31-nədək davam edəcək toplanışda fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar.

Qeyd edək ki, stolüstü tennisçilərin İslam Həmrəyliyi Oyunlarında mübarizəsinə avqustun 7-də start veriləcək.

Oxşar xəbərlər

Emin Məmmədov qələbə ilə başladı - İslam Həmrəyliyi Oyunları
Stolüstü tennisçilərimiz iki medal qazandı - MDB Oyunları
Tennisçilərimiz Latviyada mübarizə aparacaqlar
Azərbaycan kuboku yarışlarına yekun vuruldu - FOTO
Yusif və Nəzakət 1-ci yeri heç kimə vermədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər