reklam
“Bu, olduqca vacib qarşılaşmadır” -
Sportfm.az xəbər saytı

“Bu, olduqca vacib qarşılaşmadır” -Frank Boli


Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Frank Boli UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri “Qarabağ” barədə açıqlama verib.

Sportfm.az xəbər verir ki, 29 yaşlı hücumçu bunları deyib:

“Rəqib haqqında hələlik o qədər də məlumatım yoxdur. Amma bilirəm ki, onlar da əvvəl bizim kimi Çempionlar Liqasının qrup mərhələsində oynayıblar. Bu səbəbdən, pis komanda ola bilməz.

Bu oyunlara yaxşı hazırlaşmalıyıq. Çərşənbə günü səfər matçımız olacaq. Həmin vaxtadək rəqib haqqında bütün məlumatları əldə edəcəyik. Amma hazırda fikrimizi çempionatın 1-ci turundakı “Puşkaş Akademiyası” ilə görüşə yönəltmişik. Bu, olduqca vacib qarşılaşmadır”.

“Qarabağ” “Ferentsvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Oxşar xəbərlər

Maksim Medvedev cavab oyununu buraxacaq
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibi bilindi
"Ferentsvaroş" qələbə qazanıb gəlir
“Qarabağ” azarkeşlərinə müraciət etdi
Çerçesov "Qarabağ"dan danışdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər