Mahir yenə yaşıl meydandan kənarda qalacaq
Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Şimali Makedoniyada “Şkupi”yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq.
Sportfm.az xəbər verir ki, buna buna 25 yaşlı hücumçunun əzələ zədəsini yenicə sağaltması səbəb olub.
Bərpa prosesini keçən forvard iyulun 25-dən meydanda məşqlərə başlayacaq.
Qeyd edək ki, iyulun 26-da oynanılacaq “Şkupi” – “Dinamo” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Xorvatiyadakı ilk matçda qalib müəyyənləşməyib – 2:2. Emreli zədə ucbatından bu görüşdə də iştirak etməyib.
Hücumçu çempionatın I turunda “Lokomotiv”ə 3:2, II turda “Slaven Belupo”ya 5:1 hesabı ilə qalib gəldikləri oyunları da buraxmalı olub.
Oxşar xəbərlər
Mahir Emreli virusa yoluxdu
Emreli üçün şanssız gün - Zədələndi
Mahir izlədi, komandası üzüldü - Çempionlar Liqası
Mahir məşqlərə başladı
Mahir Emreli İspaniyaya gedir - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası