reklam
Emreli üçün şanssız gün -
Sportfm.az xəbər saytı

Emreli üçün şanssız gün -Zədələndi


“Dinamo”da (Zaqreb) çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli yenidən sıradan çıxıb.

Sportfm.az xəbər verir ki, 25 yaşlı hücumçu evdə “İstra 1961”-i 4:1 hesabı ilə məğlub etdikləri Xorvatiya çempionatının 3-cü tur matçından sonra əvvəlki zədəsini yeniləyib. Belində ağrılar hiss edən Mahir Bolqarıstanda “Ludoqorets”lə oynanılacaq UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşünü buraxacaq. Onun yaşıl meydanlardan hansı müddətə kənarda qalacağı müayinələrdən sonra məlum olacaq.

Emreli ilə yanaşı, Teofil Katrin də həmin qarşılaşmada meydana çıxa bilməyəcək. Bruno Petkoviçin oynayıb-oynamayacağı isə sual altındadır.

“Lüdoqorets” – “Dinamo” oyunu avqustun 2-də keçiriləcək.

Zədədən yenicə qayıdan Mahir Emreli “İstra 1961″lə matçın 81-ci dəqiqəsində meydana çıxıb və 7 dəqiqə sonra fərqlənərək, görüşdə son nöqtəni qoyub.

Oxşar xəbərlər

Mahir Emreli Bolqarıstana getmədi
Mahir yenə yaşıl meydandan kənarda qalacaq
Mahir rəmzi heyətdə - UĞUR
Xorvatiya mətbuatı Mahirdən yazdı
Mahir Emreli İspaniyaya gedir - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər