reklam
Çimərlik futbolu üzrə ölkə çempionatının püşkatması keçirildi -
Sportfm.az xəbər saytı

Çimərlik futbolu üzrə ölkə çempionatının püşkatması keçirildi -Nəticələr


Bakıda Su İdmanı Sarayında çimərlik futbolu üzrə U-10 və U-14 ölkə çempionatının püşkatma mərasimi keçirilib. 

Sportfm.az xəbər verir ki, 10 yaşlı futbolçuların mübarizəsinə 4 komanda - EFA, "Sunami", "Talant" və "Fənər Bakı" qatılacaq. Komandalar eyni qrupda dairəvi sistemlə qalibi müəyyən edəcəklər. 

U-14 liqasında isə 8 komanda iki qrupda A və B qrupunda mübarizə aparacaq. Qruplarda ilk 2 yeri tutan kollektivlər yarımfinala vəsiqə qazanacaq. 

A qrupu

White City

Sunami

Leon 

Atletiko

B qrupu

Fənər Bakı

Talant

EFA

ROFM

Qeyd edək ki, çempionatın matçları CBC Sport telekanalı ilə canlı yayımlanacaq. 

Oxşar xəbərlər

Azərbaycan kubokunun keçirilmə vaxtı açıqlandı
“Fənər” Azərbaycan çempionu oldu, Rzayev 13 qol vurdu - FOTOLAR
Çimərlik futbolu üzrə dünya çempionatı başlayır
“Sunami” Azərbaycan birinciliyini qazandı - FOTO
Bakıda keçiriləcək turnirin vaxtı dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər