reklam
Çimərlik futbolu üzrə dünya çempionatı başlayır
Sportfm.az xəbər saytı

Çimərlik futbolu üzrə dünya çempionatı başlayır


Avqustun 19-da Moskvada çimərlik futbolu üzrə 11-ci dünya çempionatına start veriləcək.

Sportfm.az xəbər verir ki, mundialda 16 komanda 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar mübarizəni dörddəbir finalda davam etdirəcəklər.

Komandalardan Rusiya, ABŞ, Paraqvay və Yaponiya A, Mozambik, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tahiti seçmələri B qrupunda yer alıblar. C qrupunda Belarus, Salvador, İsveçrə, Braziliya, D qrupunda isə Portuqaliya, Oman, Seneqal və Uruqvay yığmaları mübarizə aparacaqlar.

Çempionatın açılış matçında BƏƏ və Tahiti yığmaları qarşılaşacaqlar. Mundialın qrup mərhələsinin oyunlarına avqustun 24-də yekun vurulacaq. Avqustun 26-da dörddəbir, iki gün sonra isə yarımfinal qarşılaşmaları keçiriləcək. Avqustun 29-da isə üçüncü yer uğrunda görüş və final matçı oynanılacaq.

İki il əvvəl keçirilmiş sonuncu mundialın finalında Portuqaliya İtaliyanı 6:4 hesabı ilə məğlub edərək ikinci dəfə çempion olub. Üçüncü yer uğrunda oyunda isə Rusiya yığması Yaponiyaya qalib gəlib – 5:4.

Oxşar xəbərlər

İlk oyunu Ekvador qazandı - DÇ-2022
Dünya çempionatında günün oyunu: İspaniya - Portuqaliya
Futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimi keçirildi - FOTO
Azərbaycanda voleybol üzrə Avropa çempionatına start verilir
Basketbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə yekun vurulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər