“Fənər” Azərbaycan çempionu oldu, Rzayev 13 qol vurdu -FOTOLAR
Çimərlik futbolu üzrə 10 və 14 yaşlılar arasında Azərbaycan çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, Su İdmanı Sarayında keçirilən ölkə çempionatında U-10 komandaları arasında mübarizədə Araz Əhmədovun rəhbərlik etdiyi “Fənər” Bakı komandası qalib gəlib. Son matçında “Sunami”ni 5-1 hesabı ilə məğlub edən balaca fənərlilər kuboku başları üzərinə qaldırıblar. Bununla yanaşı klubun qapıçısı və kapitanı olan Fərid Fərhadlı ölkə çempionatının ən yaxşı əlcək sahibi seçilib. “Fənər”in heyətində Cavid Allahverdi və Arif Həsənli isə hərəyə 4 qolla bombardirlər yarışında yer alıb.
14 yaşlı futbolçuların yarışında isə Adil Mahmudovun baş məşqçisi oldu “Atletiko” Bakı kollektivi qalib gəlib. Final matçında “Sunami”ni məğlub edən qırmızı-ağlar ölkə çempionu olublar. Bu yaş qrupunda “Talant”ın oyunçusu Tunar Rzayev 13 qolla bombardir olub.
Qeyd edək ki, aşağı yaş qrupları üzrə ölkə çempionatının oyunlarını çimərlik futbolu üzrə milli komandamızın məşqçilər korpusu da canlı izləyib.

Oxşar xəbərlər
“Gömrükçü” Azərbaycan çempionu oldu - UĞUR
Çimərlik futbolu üzrə ölkə çempionatının püşkatması keçirildi - Nəticələr
“Zirə” Super Liqanın qalibi oldu - FOTO
“Sunami” Azərbaycan birinciliyini qazandı - FOTO
"Nur" qələbələri sıralayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası