"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.
Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə 2 futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
5 iyul
22:00. "Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Xose Luis Munuera
Poznan, "Poznan" stadionu.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Qarabağ" bu gün "Sürix"lə cavab oyununa çıxacaq
"Qarabağ" "Sürix"lə üz-üzə - Yenilənir
"Qarabağ" "Lex"ə məğlub oldu - Çempionlar Liqası
"Qarabağ"ın rəqibi iki futbolçusunu göndərdi - Ayrılıq
"Lex" - "Qarabağ" oyununa hakim təyinatları - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimiz Ermənistanda 6 medal qazandı - Avropa çempionatı
-
Krivotsyuk oynamadı, komandası uduzdu
-
15 qat Belarus çempionu yüksək liqanı tərk etdi
-
“Turan Tovuz”dan qələbə - Premyer Liqa
-
Türkiyədə fırıldağın qurbanı oldu, futbolda qazandığı mükafarları satdı
-
“Kəpəz”ə qarşı oyunumuz həmişə çətin keçir” - Kurban Berdıyev




/news/big/i/f/norvegiya-otkazala-rossijskim-konkobezhcam-v-vydache-viz-dlya-uchastiya-v-etape-kubka-mira_1795505876929706783.jpg)









Misli Premyer Liqası